Hadisə səhnəyə elə kostyumda çıxdı ki…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müğənni Hadisə səhnə kostyumları ilə Türkiyə mətbuatında əsl hadisə yaradıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi dünən açıq havada möhtəşəm solo konsert proqramı ilə çıxış edib. Ulduz mahnı repertuarı və səhnə şouları ilə dinləyicilərinə unudulmaz gecə yaşadıb. Təxminən 3 saat davam edən konsertdə Hadisə 20-yə yaxın mahnı səsləndirib və 5 kostyum dəyişib.

Konserti öz çıxışı ilə açan müğənni ürək sözlərini belə ifadə edib:


“Mən bir qadınam, azad bir qadın. Bəzi qorxuları olsa da, həyatı sevən qadınam. Çevrəsi çox olsa da, özü yalnız. Bəzən şirin, bəzən seksual. Mənim necə göründüyümdən kimə nə? Özünü sev. Yaşa. Necə istəyirsən, onu yaşa. Gülməyi əsla unutma, nə olar…”

Konserti izləyənlər arasında müğənninin kiçik bacısı Derya Açıqgöz və anası Gülnihal Açıkgöz də olub. Hadisə səhnədən anasını salamlayaraq “Sultanım, xoş gəldin. Ana, bodim çox açıq deyil, elə deyilmi? İradlar olacaq?” deyə sual verib, Gülnihal Açıkgöz isə “Möhtəşəmsən” cavabını verdikdən sonra müğənni “Anam heç nə demirsə, kimə nə!” , – deyə əlavə edib.

Hadisə seksual səhnə şouları ilə diqqət mərkəzində olmağı bacarsa da, tənqidlərdən yaxa qurta bilməyib. Səhnə kostyumlarının dünya şöhrətli pop divası Ceylonun səhnə tərzi ilə həddən artıq oxşar olması isə diqqətdən yayınmayıb. Sosial şəbəkədə Hadisə ilə bir neçə gün əvvəl Türkiyədə konsert verən Ceylonun səhnə kostyumları müqayisə edilib. İzləyiciləri bodilərin onun bədən quruluşuna yaraşmadığını, qarnının çıxmasını və özünü Ceyloya bənzətmisini alqışlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir