Daha 2 dövlət idarəsində işləyənlərin maaşı artırıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Publika.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:














Sıra №-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

1.

Direktor

1540

2.

Direktorun müavini

1230

3.

Şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasib

900

4.

Şöbə müdirinin müavini, kompüter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin müavini

760

5.

Ümumi şöbənin müdiri, kitabxana müdiri

500

6.

Böyük elmi redaktor, iqtisadçı, mühasib

445

7.

Elmi redaktor

400

8.

Kiçik redaktor, komendant, mütəxəssis

370

9.

Avtomobil sürücüsü

320

10.

Arxivçi

295

11.

Yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət



260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin də aylıq vəzifə maaşları artırılıb.

Dəyişikliyə əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1265 manatdan 1710 manatadək artırılıb.

Eyni zamanda, qərarla Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavininin aylıq vəzifə maaşı 1380 manat (indiyədək 985 manat), şöbə müdiri, baş mühasibin aylıq vəzifə maaşı 910 manat (indiyədək 649 manat), baş məsləhətçinin aylıq vəzifə maaşı 630 manat (indiyədək 451 manat), aparıcı məsləhətçinin aylıq vəzifə maaşı 600 manat (indiyədək 429 manat), məsləhətçinin aylıq vəzifə maaşı 585 manat (indiyədək 418 mana), Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssisin aylıq vəzifə maaşı 340 manat (indiyədək 220 manat), sürücünün aylıq vəzifə maaşı 320 manat (indiyədək 242 manat), xadimənin aylıq vəzifə maaşı isə 260 manat (indiyədək 171 manat) olub.












Sıra №-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

1.

İcraçı direktor

1710

2.

İcraçı direktorun müavini

1380

3.

Şöbə müdiri, baş mühasib

910

4.

Baş məsləhətçi

630

5.

Aparıcı məsləhətçi

600

6.

Məsləhətçi

585

7.

Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis

340

8.

Sürücü

320

9.

Xadimə

260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir