Azərbaycanda daha bir qurumda işləyənlərin maaşı artırıldı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.
Dəyişikliklə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:
Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
1. | İcraçı direktor | 1980 |
2. | Müşavir | 1540 |
3. | Baş mühasib | 1450 |
4. | Şöbə müdiri | 1410 |
5. | Baş məsləhətçi | 1255 |
6. | Aparıcı məsləhətçi | 1030 |
7. | Məsləhətçi | 930 |
8. | Hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis | 800 |
9. | Avtomobil sürücüsü | 320 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.