Avtomobil qəzası keçirən Xalq artisti danışdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Yaxşıyam, oturub yaxınlarımla çay içirəm. Hər şey yaxşıdır, qəzada xəsarət alan olmayıb”.

Publika.az xəbər verir ki, bu sözləri dünən “Chery” markalı avtomobili ilə qəza keçirən Xalq artisti Əjdər Həmidov deyib. O, bildirib ki, qəza Tovuzda yolu sürətlə dönəndə baş verib:

“Maşını saxlaya bilmədim, yolun kənarına da maşın dəymişdi, mən də getdim o maşına dəydim”.


Qeyd edək ki, yol qəzası zamanı “Chery Tiggo”, “Mercedes Vito” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp