“Mançester Yunayted”in yeni kapitanı bu futbolçu olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İngiltərənin ən titullu klublarından olan “Mançester Yunayted”in yeni kapitanının kimliyi müəyyənləşib.

Publika.az xəbər verir ki, müdafiəçi Eşli Yanq komandanın yeni kapitanı seçilib.

Keçən mövsüm komandanın kapitan sarğısını ekvadorlu müdafiəçi Antonio Valensiya daşıyıb, lakin mövsümün sonunda onun klubla müqaviləsi başa çatıb və futbolçu komandanı tərk edib.


“Yanq komandanın yeni kapitanıdır. Start heyətində meydana çıxdıqda, kapitan sarğısı onda olacaq”, – deyə klubun baş məşqçisi Ule Qunnar Sulşer bildirib.

Vitse-kapitan isə 28 yaşlı ispan qapıçı David de Xea olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp