Zərifdən Trampa ÇAĞIRIŞ: Sonsuz müharibə…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yaxın Şərqdə ABŞ-ın siyasəti Vyetnamda müharibə vaxtlarından sonra ən böyük müvəffəqiyyətsizliyə uğrayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif bildirib.

“İranlılar minilliklərlə təcavüzkarlarından daha güclü oldu. Və ABŞ 7 trilyon dollar xərclədi və bizim regionumuzda qandan çaylar yaratdı, amma nəticədə bu, Vyetnamda müharibə vaxtlarından sonra onların ən böyük müvəffəqiyyətsizliyi oldu”, – Zərif tvitterdə yazıb.


Zərif ABŞ prezidenti Donald Trampı “B komandası”nın “yalan hekayəsi”ndən imtina etməyə və sonsuz müharibəyə susamamağa çağırıb.

Qeyd edək ki, İranın xarici siyasət idarəsinin başçısı 4 nəfəri – Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeydi “B komandası” adlandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir