Müğənni xanımından ŞİKAYƏTLƏNDİ: Boyu uzun olduğu üçün…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məşhur müğənni Sərdar Ortaç etiraf edib ki, həyat yoldaşı ilə aralarındakı boy fərqi münasibətlərinə müəyyən mənada təsir edir.

Publika.az “Haberler.com”a istinadən xəbər verir ki, 49 yaşlı ulduz jurnalistlərlə söhbətində uzunboylu olmaq istəyini dilə gətirib.

“Bir daha dünyaya gəlsəm, uzunboylu olmaq istəyərəm. Qolumu həyat yoldaşımın çiyninə qoymaq istəyirəm, boyum çatmır. Çünki Xloya məndən 10 sm uzundur”, – deyə Sərdar Ortaç qeyd edib.

Xatırladaq ki, müğənni bundan əvvəl də xanımı ilə arasındakı boy fərqindən gileylənmişdi:


“Xloya ilə aramızdakı boy fərqi bəzən problem olur. Həyat yoldaşım deyir ki, mən uzun deyiləm, sənin boyun qısadır. Türk boy standartı 167 sm-dir, mənim isə boyun 169 sm-dir. Həyat yoldaşım 180 sm-dir, dabanlı geyinəndə 2 metr olur. Cırtdan deyiləm, onun boyu hündürdür deyə, mən ona zürafə demirəm ki…”.

Qeyd edək ki, Sərdar Ortaçın boyunun uzunluğu 167 sm, Xloyanınki isə 177 sm-dir. Cütlük 2014-cü ildə evlənib. Sərdar xanımından 20 yaş böyükdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir