Bakıda gənc qız binanın damına niyə çıxdı?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünən Bakı şəhər Xətai rayonunda gənc qızın binanın damına çıxaraq özünü atmaq istəməsi hadisəsi ilə bağlı bəzi məqamlar dəqiqləşib.

Publika.az xəbər verir ki, Ukrayna dairəsi yaxınlığındakı doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd edən gənc qızın sevgilisi ilə probleminin olduğu müəyyənləşib.

Hadisədən sonra polis şöbəsinə dəvət edilən qız sevgilisinin onu atması səbəbindən belə bir addım atdığını deyib.


Qeyd edək ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı söhbət nəticəsində qızı binanın damından endirmək mümkün olub.

Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir