Sən demə dondurmanı bu günədək səhv formada yemişik

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İsti yay günlərinin ən çox sevilən əyləncələrindən biri də dondurmadır.

Publika.az xəbər verir ki, Türkiyənin məşhur həkimi Yavuz Selim Yıldırım dondurma ilə bağlı bir sıra gizli məqamları oxucularla bölüşüb.

O, bildirib ki, dondurma yeyərkən mütləq otaq temperaturunda su içmək lazımdır. Yalnız bu halda boğaz infeksiyalarına yoluxmaq riski minimuma enir. Dondurma düzgün şəkildə qəbul edilməlidir ki, xəstəliklərin qarşısını ala bilək. Əks halda bır sıra bağırsaq və boğaz xəstəliklərinə yol aça bilər.

Bəli, dondurmanın tərkibi süd, yağ, şəkər, protein, kalsiumdan ibarətdir. Bu isə bədən üçün əvəzsiz qida növləridir. İnək südünə alergiyası olanlar isə keçi südündən hazırlanan dondurma yeyə bilərlər.

Bundan başqa dondurmanı soyuducu və qablaşdırmadan çıxaran kimi yeməmək tövsiyə olunur ki, bağırsaq xəstəliklərinən yan duraq.


Dondurma qəbul edərkən normanı aşmaq artıq çəkiyə gətirib çıxarda bilər. Tox ikən yemək isə xüsusilə faydalıdır.

Yay boyu zövq mənbəyimiz olan dondurmanın sağlamlığınıza zərər verməsini istəmirsinizsə, bu şərtlərə əməl edin. Nuş olsun!

Leyla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir