Bu, NATO-nun cənub qanadına mənfi təsir edəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin F-35 proqramından çıxarılması xüsusilə, NATO-nun cənub qanadına mənfi təsir edəcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri ölkənin müdafiə naziri Hulusi Akar bildirib.


“Türkiyənin təktərəfli və ədalətli olmayan bir qərarla layihədən çıxarılmağa çalışılmasının qanuni bir əsasa söykənmədiyi açıqdır. ABŞ-dan münasibətlərimizə zərər verə biləcək addımlardan qaçmasını gözləmək strateji tərəfdaş kimi ən təbii hüququmuzdur”, – nazir deyib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Rusiyadan S-400 zenit-raket sistemləri alması ilə əlaqədar olaraq Türkiyənin F-35 proqramından çıxarılacağını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir