Körfəzdə gərginlik davam edir: İrandan son XƏBƏRDARLIQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Körfəzdə neft tankerləri ilə bağlı yaşanan gərginlik davam edir.

Publika.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İngiltərəyə xəbərdarlıq edib.

“Bu, təhlükəli bir oyundur və nəticələri olacaq. Gəminin girov götürülməsinin hüquqi bəhanəsi yoxdur. Tankerin azad edilməsi bütün ölkələr üçün yaxşı olar”, – deyə o bildirib.

Qeyd edək ki, İngiltərə ilə İran arasında bir müddətdir tankerlərə görə gərginlik yaşanır. İngiltərə donanması ötən həftə Cəbəllütariq boğazında Suriyaya neft daşıyan İran bayraqlı “Grace 1” tankerini girov götürüb.

Asif




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp