Ərdoğan Yıldırıma elə bir vəzifə verir ki…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə keçirilən seçkilərdə rəqibi Əkrəm İmamoğluya (Millət İttifaqı) məğlub olan Binəli Yıldırımın (Cümhur İttifaqı) bundan sonra hansı vəzifə icra edəcəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir.

Axar.az xəbər verir ki, türkiyəli jurnalist Bülənt Aydəmirin iddiasına görə, B.Yıldırım bu yaxınlarda prezidentin siyasi məsələlər üzrə köməkçisi vəzifəsinin icrasına başlayacaq.

Aydəmir əlavə edib ki, prezident özünə istədiyi sayda köməkçi təyin edə bilər.


Jurnalist məsələ ilə bağlı təfərrüatlı bilgiyə yer verməyib.

Bu iddia ilə bağlı hər hansı rəsmi da açıqlama yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir