Türkiyə bunu edərsə, SƏRT CƏZALANDIRILACAQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa İttifaqı Şərqi Aralıq dənizindəki enerji axtarışlarını qanunsuz aldandırdığı Türkiyəyə sanksiya tətbiq edəcək.

Publika.az xəbər verir ki, “Röyters” agentliyi sanksiyaların siyahısını dərc edib.

Sanksiya paketində nəzərdə tutulanlar:

– Aİ Genişləndirilmiş Hava Nəqliyyatı Razılaşması görüşləri təxirə salınacaq.

– Türkiyə ilə ali səviyyəli dialoq kəsiləcək.

– Türkiyəyə ittifaqa daxil olmaq prosesində verilən yardımın 2020-ci ildə kəsilməsi dəstəklənəcək.


– Avropa Sərmayə Bankından Türkiyəyə verilən dəstək nəzərdən keçiriləcək.

– Türkiyə enerji axtarışlarına davam edərsə, daha sərt tədbirlər görüləcək.

Sanksiyaların ilk versiyası bu gün Avropa İttifaqına üzv ölkələrin səfirlərinin qatılacağı toplantıda müzakirə ediləcək. Gələn həftə isə Aİ Xarici İşlər Nazirləri Toplantısında gündəmə salınacaq. Qəbul ediləcəyi təqdirdə sanksiyalar tətbiq olunmağa başlanacaq.

Qeyd edək ki, Türkiyənin Şərqi Aralıq dənizindəki enerji axtarışları Yunanıstan, İsrail, ABŞ və Cənubi Kipri narahat edir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir