“Qarabağ”-“Partizani” matçının biletləri satışa çıxarıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya “Partizani”si ilə keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Publika.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ucuz biletə 2 manat qiymət qoyulub.


Satışda 5 manat, 10 manat və VİP sektora 50 manata da biletlər mövcuddur. Onları Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik”, 28 Mall, “Park Bulvar”dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, “AMAY T/M) mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” matçı saat 21:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir