Putindən Ermənistana BÖYÜK ZƏRBƏ: Bakı və Ankaranın…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusda təmsil olunmaq haqqında qanun layihəsini təklif edib.

Publika.az xəbər verir ki, sənəddə KTMT-nin üzv dövlətləri ilə yanaşı, üzv olmayan ölkələr üçün müşahidəçi status nəzərdə tutulur.

Putinin bu təklifi Ermənistanda ciddi nartahatlıq yaradıb. Erməni şərhçi Sərkis Artsruni yazır ki, bu, KTMT-nin qapılarını Azərbaycan və Türkiyənin üzünə açacaq.

“Müşahidəçi statusun yaradılması Ermənistan üçün KTMT-də ciddi problemlər yaradacaq. Başqa sözlə, Bakı və Ankaranın önü açılır, İrəvan üçün yeni “sualtı riflər” yaradılır. Rusiya inqilabçı Ermənistanı cəzalandırır”, – deyə erməni şərhçi iddia edib.

Asif


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir