Prezident Dilqəm Əhmədi təltif etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Çapar” dərgisinin baş redaktoru, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin toplanılmasında böyük əməyi olan Dilqəm Əhməd “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Publika.az xəbər verir ki, bu barədə feysbukda məlumat paylaşılıb.



Dilqəm Əhməd mükafata görə dövlət başçısına təşəkkürünü bildirib: “Cümhuriyyət Muzeyi açdığım zaman bu medalı da oraya qoyacağam. Əlbəttə, soruşulacaq ki, nə etdin ki, mükafat verdilər? Mükafat varsa, hesabat da olmalıdır. Bu haqda daha detallı yazacağam”.

Medalı onun atası Rəhim Əhmədov qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir