İŞİD-dən Ərdoğana və Türkiyəyə QORXUNC MESAJ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İŞİD terror təşkilatı Türkiyəni təhdid edib.

Publika.az xəbər verir ki, təşkilat üzvləri tərəfindən çəkilən videoda özlərini “Türkiyə vilayəti” kimi təqdim edən şəxslər Türkiyə hökumətini hədələyib.

Terror təşkilatlarının virtual fəaliyyətini analiz edən “SITE Intelligence Group” qurumunun rəsmi internet səhifəsində yayımlanan 5 dəqiqə 2 saniyəlik videoda türkcə danışan Əbu Qatada Əl-Türki prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə sərt mesajlar verib.


Qeyd edək ki, 29 iyunda İŞİD lideri Əbubəki əl-Bağdadiyə aid olduğu deyilən bəzi görüntülər ortaya çıxmışdı. İŞİD liderinin əlində “Türkiyə vilayəti” yazılan dosye görülmüşdü.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir