Bu raketlə ABŞ-ın hər nöqtəsini vurmaq mümkündür

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şimali Koreyanın sahib olduğu “Hwasong-15” qitələrarası ballistik raketləri (ICBM) ABŞ-ın hər nöqtəsinə gedib çatma potensialına malikdir.

Publika.az xəbər verir ki, bunu ABŞ Koreya Qüvvələri (USFK) açıqlayıb.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, “Hwasong-15 ICBM”in 12 min 874 km mənzilə sahibdir.


Qeyd edək ki, Şimali Koreya 29 noyabr 2017-ci ildə “Hwasong-15”in sınağını keçirib. Şimali Koreyanın əlində 5 min 500 km mənzilli “Hwasong-13” və 10 min km mənzilli “Hwasong-14” ballistik raketləri var.

Xatırladaq ki, 2017-ci ildən bəri ABŞ-la Şimali Koreya arasında Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsi ilə bağlı gərginlik yaşanır.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir