ABŞ əsgərləri döyüşmək istəmir – ŞOK ARAŞDIRMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Amerika əsgərlərinin böyük əksəriyyəti ABŞ-ın İraq və Əfqanıstandakı hərbi fəaliyyətini lazımsız hesab edir.

Publika.az xəbər verir ki, “Pew” Araşdırma Mərkəzi apardığı gündəlik araşdırma nəticəsində bu qənaətə gəlib.

Araşdırmaya əsasən, sabiq amerikalı əsgərlərin 64 %-i maliyyə baxımından ABŞ-ın girdiyi müharibələrin lazımsız olduğunu bildirir. 33 %-i isə müharibələrin lazımlı olduğunu düşünür.


İctimaiyyətin də rəyinə yer verilən anket sorğusunda bənzər nəticə əldə olunub. Xalqın 62 %-i İraq, 59 %-i isə Əfqanıstan müharibəsinin lazımsız olduğunu düşünür.

Hər iki müharibəyə qatılan əsgərlər qatılmayanlara nisbətən daha qətiyyətli şəkildə müharibəyə qarşı çıxıb. Respublikaçılar Partiyasını dəstəkləyən əsgərlər Demokratlara nisbətən daha çox müharibə tərəfdarıdır.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir