Aynişandan şəxsi həyatı haqqında MARAQLI ETİRAF: “Özünə bənzər dəlini tapmaq…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Tək qalıb düşünməyi sevirəm. Yaşadıqlarımı yada salıb, yaşayacaqlarımı xəyal etməyi sevirəm. Hərdən nə isə dərd edirəm, kefim pozulur. Üzümdəki gülüş gedir. Sonra yadıma keçdiyim sınaqlar düşür… Dərd etdiklərim sonra bəsit görünür. Çünkü tam dəqiq olaraq anlayıram, ölümdən başqa reallıq yoxdur”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva instaqramda yazıb. Bloger kimi fəaliyyət göstərən Aynişan şəxsi həyatındakı sıxıntılarından danışıb. O bildirib ki, son vaxtlarda bütün diqqətini özünə yönəldib:

“Sadəcə ruhumu bəsləmək, onu dinləmək, məhz ona xitab etmək istədiyimi anlayıram. Başqa insanların səs-küyü o qədər qulaqlarımı kar edib ki, sadəcə iç səsimi eşidirəm. Belə olmaq daha yaxşıdır. Çünki dəqiq bilirəm nə istədiyimi, kimi sevib, kimi sevmədiyimi. Öz aləmində yaşamaqdan gözəl heç nə yoxdur… Hərkəs kimi düşünməmək, fərqli olmaq, biraz dəli olmaq… Və özünə bənzər dəlini tapmaq”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir