Bakıda itkin düşən Rusiya vətəndaşı Moskvada tapıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda itkin düşdüyü deyilən Rusiya vətəndaşı tapılıb.

Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib.


Onun sözlərinə görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Rusiya vətəndaşı,1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də Heydər Əliyev adına Hava Limanından Moskva şəhərinə yola düşüb.

Xatırladaq ki, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi, ev 15-də yaşayan Hikmət Əsədzadə polisə məlumat verərək onlara qonaq gəlmiş xalası oğlu, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də onunla birlikdə yaşadığı ünvandan çıxaraq itkin düşdüyünü bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir