Yumurta qaynatdığınız suyu atmayın…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yumurtaları qaynatdığımız su sən demə, bir çox cəhətdən faydalı imiş.

Publika.az xəbər verir ki, yumurta suyu dibçək gülləri üçün olduqca faydalıdır. Sudakı kalsium bitkilər üzərində müsbət təsirə malikdir.


Məlum olduğu kimi, yumurta qabığı kalsiumdan ibarətdir. Qaynama prosesi zamanı kalsium su ilə qarışır. Mineral torpağın ph dəyərinin qorunmasına səbəb olur. Bu isə bitkilərin daha sürətlə böyüyəməsini təmin edir. Odur ki, yumurtaları qaynatdığınız suyu soyudandan sonra bir qismini bitkilərin torpağına tökün.

Əgər bitkilərə ilbiz və həşəratlar daraşıbsa, yumurta qabıqlarını əzib bitkilərin ətrafına saça bilərsiniz. Həşəratlar yumurta qabıqlarını sevməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir