Vergilər Nazirliyində struktur dəyişikliyi – YENİ TƏYİNATLAR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb.

Nazirliyin iki departamentində dəyişiklik olub, 1 yeni departament yaradılıb.

Bundan sonra Ələkbər Məmmədovun rəhbərlik etdiyi Dövlət Qeydiyyatı və Uçota Nəzarət Departamenti dəyişərək Dövlət Qeydiyyatı Departamenti, Natiq Şirinovun Baş Direktoru olduğu İqtisadi Təhlil Departamenti isə İqtisadi Təhlil və Uçota Nəzarət Departamenti adlanacaq.


Birinci departamentə rəhbər olaraq Ələkbər Məmmədov, ikincisinə isə Natiq Şirinov təyin edilib.

Bundan əlavə bəyannamələrlə bağlı səlahiyyətlər Natiq Şirinovdan alınıb və Nazirlikdə Bəyannamələr və Kameral Vergi Yoxlamalarına Nəzarət Departamenti yaradılıb. Onun da baş direktoru Elçin Ağakişiyev təyin edilib.

Vergilər Nazirliyinin Apelyasiya Şurasının üzvü olan Elçin Ağakişiyev buna qədər İqtisadi Təhlil Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp