Artıq bəşəriyyət tarixində elə məqam yetişib ki… – IUCN nümayəndəsi I

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ICOMOS öz ekspert biliklərinə əsaslanaraq dünyada mədəni irsə mövcud olan çağırışlara cavab verilməsində maraqlıdır.

Publika.az-ın məlumatına görə, bunu UNESKO Dünya İrs Mərkəzinin 43-cü sessiyasında çıxışı zamanı Abidələr və Monumentlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi deyib.

Onun sözlərinə görə, ICOMOS qəbul edilən qərarların icrasında öz fəallığı ilə seçiləcək.

ICCROM (Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz) təşkilatının baş direktoru Uebber Ndoro Dünya İrs Komitəsi ilə sıx əməkdaşlıq etdiklərini, bu əməkdaşlığın bundan sonra da davam edəcəyini deyib. Qeyd edib ki, xüsusilə Afrika Dünyası İrs Fondu (AWHF) ilə əməkdaşlıq öz səmərəsini verməkdədir: “Bizim fəaliyyətimiz əsasən silahlı münaqişələr zamanı mədəni irsin qorunması və bərpa edilməsi ilə bağlıdır. İCCROM da digər təşkilatlar kimi bu sessiyada paralel olaraq öz tədbirlərini keçirəcəklər. Büdcə məhdudiyyətlərinə baxmayaraq, İCCROM öz üzərinə düşən məsuliyyəti dərk edir. Biz başa düşürük ki, dünya irsinin qorunması gələcək nəsillər üçün əhəmiyyətlidir”.

IUCN-in (Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi) təmsilçisi Dünya İrs Komitəsində və Dünya İrs Mərkəzində aparılacaq islahatlarla bağlı bildirib ki, bu istiqamətdə qəbul edilən qərarlar əsaslandırılmış qərarlardır: “Biz hesab edirk ki, Dünya İrs Siyahısı nominasiyası prosesində də islahatların aparılması məqsədəuyğundur”.


IUCN nümayəndəsi bu yaxınlarda təşkilatın yaradılmasının 70-ci ildönümünü qeyd etdiklərini, IUCN-ın beynəlxalq təşkilat olduğunu vurğulayıb: “Bu gün müzakirə olunan hesabatlara əhatəli qiymətləndirilmə verilib. Artıq bəşəriyyət tarixində elə məqam yetişib ki, bu məqamda dünyadakı böhranların qarşısını almaq həyati vacib əhəmiyət kəsb edir”.

Təşkilat nümayəndəsi 2020-ci ilə dair planlarını açıqlayıb, Dünya İrs Komitəsi ilə işləməyə hazır olduqlarını vurğulayıb.

Müzakirələr zamanı Küveyt Dövlətinin, Braziliyanın, Yaponiyanın, Zimbabvenin, Azərbaycanın və bir sıra digər ölkələrin nümayəndələri çıxış edib.

Hazırda sessiyada “Prioritet Afrika. Dayanıqlı İnkişaf və Dünya İrsi” adlı sənədin müzakirəsi başlayıb. Afrika Dünyası İrs Fondunun nümayəndəsi qitə ilə bağlı təqdimatla çıxış edir.

Səxavət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir