İran ABŞ-ın sanksiyalarından XİLAS OLDU: bundan sonra…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarından yan keçməklə İran-Avropa ticarətinin davamlılığını qoruyan INSTEX xüsusi ödəniş mexanizmi işə düşüb.

Publika.az xəbər verir ki, bu barədə İran Daxili işlər nazirinin köməkçisi Abbas Araqçı bildirib.

Onun sözlərinə görə, artıq ilk ödənişlər aparılıb: “INSTEX fəaliyyət başladı və ilk transfer gerçəkləşdirildi. Avropa İttifaqı, Fransa, Almaniya, İngiltərənin qurduğu INSTEX Avropadan kənardakı üçüncü ölkələrin istifadəsinə də açıla bilər”.


Avropa İttifaqı Diplomatik Xidmətinin baş katibi Helqa Şmid də məlumatı təsdiqləyib. Şmid bildirib ki, INSTEX artıq işləyir, ilk köçürmələr hazırlanır və daha çox Aİ-yə üzv ölkə bu mexanizmə qoşulacaq.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp