Vətəndaşlıqla bağlı QANUN DƏYİŞDİ: bu şəxslərə verilməyəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Almaniya Federal Məclisi (Bundestaq) vətəndaşlıq haqqında yeni qanun qəbul edib.

Publika.az xəbər verir ki, yeni qanuna əsasən, hər hansı bir terror təşkilatına üzv olan və ya Almaniya xaricində hər hansı terror təşkilatı üçün mübarizə aparan şəxslər Almaniya vətəndaşlığından çıxarılacaq. Bu, həmin şəxsin başqa ölkənin vətəndaşı olduğu halda tətbiq olunacaq.

Bundan başqa, bir neçə nəfərlə ailə quran və alman mədəniyyətini mənimsəməyən şəxslərə də vətəndaşlıq verilməyəcək. Almaniya vətəndaşlığına keçmək üçün yanlış səbəb göstərən və saxta sənəd verən şəxslərin ölkəyə girişi 10 il müddətinə məhdudlaşdırılacaq.

Qanun layihəsi Xristian Demokratlar Birliyi Partiyası, Xristian Sosial Birlik Partiyası və Sosial Demokrat Partiyalı millət vəkillərinin səsləri ilə qəbul edilib. Müxalifət dəyişikliyin əleyhinə səs verib.


Qanunun qüvvəyə minməsi üçün Fedral Əyalət Nümayəndələr Palatasında (Bundesrat) təsdiqlənməsi lazımdır.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir