Pentaqontan NÖVBƏTİ TƏHDİD: Türkiyə S-400-ləri alsa…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Pentaqonun səlahiyyətlərinin müvəqqəti icraçısı Mark Esper Türkiyənin Rusiya istehsalı S-400 zenit-raket kompleksləri alacağı halda, F-35 Amerika qırıcılarını almayacağını bəyan edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib.


Esper türkiyəli həmkarı Hulusi Akarla NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında görüşüb.

“Liderlər arasında açıq və şəffaf müzakirələr oldu. Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Esper təkrarladı ki, Rusiya raket sistemlərinin Türkiyə tərəfindən alınması F-35 proqramıyla ziddiyyət təşkil edir”, – Conatan Hoffman deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir