Ukrayna AŞPA-nı tərk etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Assambleyanın Rusiyanın səlahiyyətlərini tam miqyasda təsdiqləməsindən sonra Ukrayna Avropa Şurası Parlament Assambleyasını (AŞPA) tərk etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, qətnamənin qəbulundan dərhal sonra Ukrayna nümayəndə heyəti mərkəzə gələrək kiçik bəyanat səsləndirib.

Ukraynalı millət vəkili Aleksey Qonçarenko mikrofona yaxınlaşıb və bildirib: “Biz gedirik”.


Xatırladaq ki, AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin tam miqyasda təsdiqlənməsi ilə bağlı qətnamə qəbul edib. Ukrayna, Polşa, Gürcüstan, Estoniya, Litva, Latviya və Böyük Britaniyanın etirazlarına baxmayaraq, Rusiya Federasiyasının AŞPA-da hüquqları şərtsiz olaraq bərpa olunub.

Rusiyanın səlahiyyətləri ilə bağlı qətnamənin lehinə 116 parlamentari səs verib. 62 nəfər isə qətnamənin əleyhinə səs verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir