Ordumuz kazarmaları tərk edərsə… – İşğalçını dəhşətə salan HƏRBİ ARSENALIMIZ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir”.

Ali Baş Komandan, Prezident İlham Əliyevin bu sözləri Azərbaycan Ordusunun Qarabağı azad etmək üçün hər an hazır olduğuna dəlalət edir.

Və “aprel müharibəsi”, ardınca Günnüt əməliyyatı ordumuzun işğal altındakı əraziləri azad etmək gücünü əyani olaraq sübut etdi. Bununla, işğalçı ölkənin I Qarabağ müharibəsindən sonra yaratdığı “güclü Ermənistan” mifi də alt-üst edildi.

Artıq 90-cı illərdəki dağınıq, intizamsız ordu yoxdur, bu gün dünyanın nizamlı orduları arasında ön pillələrdə olan Azərbaycan Ordusu var.


Azərbaycan əsgəri kazarmaları tərk edərsə, bunun işğalçı üçün ağır nəticələri olacaq. Ordumuzun hərbi arsenalındakı silahlar mümkün müharibədə nəticəni müəyyən etməyə imkan verir.

Açıq mənbələrdə yayılmış məlumatlar son illərdə Azərbaycan hərbi hava qüvvələrinin arsenalına 47 döyüş təyyarəsi və 109 helikopterin daxil edildiyi, 30-dan çox PUA-nın alındığını göstərir. Xüsusilə, İsrail istehsalı olan Orbiter-2M, Aerostar, Hermes-450, Searcher və Heron tipli PUA-lar işğalçı ordunun kabusu hesab olunur. Həmçinin, Azərbaycanın müdafiə sənayesi yerli PUA-ları istehsal edir.

Erməni ekspertlər də etiraf edirlər ki, Azərbaycanın son dövrlər nümayiş olunan hava hücumundan müdafiə sistemləri və raket kompleksləri işğalçı Ermənistanı sözün həqiqi mənasında dəhşətə salır. Onlardan bir neçəsini təqdim edirik:

Polonez: Belarus istehsalı olan bu raket kompleksi ordumuzun arsenalına yeni daxil edilib. Polonezin maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqədir. Bir döyüş maşınında 8 raket olur.

Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Raket kompleksi GPS və İNS sistemləri ilə idarə olunur.

LORA: Əməliyyat-taktiki raket kompleksi olan LORA-nın maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqədir. Raket kompleksi GPS və İNS sistemləri ilə idarə olunur. İsrail istehsalıdır.

ZRS S-300PM2 “Favorit” zenit-raket kompleksi: atış uzunluğu 195 kilometrdir. Müasir pilotsuz aparatları məhv etmək, düşmənin hərbi düzülüşünü pozmaq gücünə sahibdir.

Zenit-kompelski 48N6E2 təkmilləşdirilmiş raketlərlə təchiz olunub. Eyni anda 12 raket atmaq qabiliyyətinə malikdir. Hədəflərin maksimal vurulma sürəti saniyədə 2800 metrdir.

Bell-412 helikopteri: ekstremal şəraitdə hərəkət etmək gücünə malik olan bu helikopterlər çoxməqsədli istifadə olunub. Həm səhra, həm də dağlıq relyeflərdə hərəkət edə bilir. Uçuş uzaqlığı 745 kilometrdir. ABŞ istehsalıdır.

SPİKE-LR: tank əleyhinə raket kompleksi. Bu raketlər “aprel müharibəsi”ndə işğalçı orduya ağır zərbələr vurması ilə yadda qalıb. Raket saniyədə 130-180 metr uzunluğunda 5 kilometr uzaqlığındakı hədəfi məhv etmək qabiliyyətinə malikdir. Döyüş hazırlığında gətirmə vaxtı 15-30 saniyədir. İsrail istehsalıdır.

BTR-82A zirehli avtomobil: saatda 100 kilometr hərəkət gücünə malikdir, dağlıq relyefdə saatda 9 kilometr, şosedə isə 600 kilometrə qədər hərəkət edə bilir. Turbodizeldir, mühərrikin gücü 300-dür. 7,62 millmetr PKTM pulemyotu ilə təchiz olunur. Bir lentdə patronların sayı 2000-dir.

T-90S tankı: maksimal sürəti saatda 70 kilometdir, şose üzrə 550 kilometr sürətlə hərəkət edə bilir. Döyüş başlığı 46,5 kiloqramdır. Lazerli məsafəölçən, periskopik nişan və qaranlıqda 3000 metrdəki hədəfi müəyyənləşdirən teplovizor sisteminə malikdir.

9K33-1T “OSA1t” zenit-raket kompleksi: döyüş başlığının çəkisi 128 kiloqramdır. Raketin uzunluğu 3158 millimetr, korpusun diametri 206 millimetr, qanadların açılması 650 millimetrdir. Uçuş sürəti saniyədə 500 metr, hədəfin uzaqlığı 45 kilometrdir.

Xrizantem SPRK: tank əleyhinə özüyeriyən raket kompleksi. Döyüş başlığının çəkisi 54 kiloqram, maksimal diametri 152 millimetrdir. Maksimal sürət saatda 70 kilometr, dağlıq relyefdə saatda 52 kilometrdir.

RSZO RM-70 yaylıq atəş sistemi: özüyeriyən işə salmaq quruğusundan ibarətdir. 20 kilometrdəki hədəfi məhv edir. Döyüş vəziyyətinə gətirilməsi vaxtı 2.5 dəqiqə, yerdəyişmə vaxtı 3 dəqiqədir. 3,5 hektar radiosundakı ərazini məhv edir, mərmisinin çəkisi 66,35 kiloqram, hədəfə çatma müddəti 2,5 dəqiqədir. “Vampir” adlanan yaylım atəş sistemi 40 raket atmaqla yanaşı, daşımaqla yanaşı, yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raketi qısa bir müddət ərzində düşmənə ata bilir. Bir komplekt raket 70 hektar ərazini məhv etməyə qadirdir.

SOM qanadlı raket: 180 kilometrdən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək gücünə malikdir.

DANA özüyeriyən artilleriya qurğusu: “Tatra 815” yük maşının xüsusi modifikasiya olunmuş 8×8 təkər sistemli şassisi üzərində yerləşən artilleriya qurğusudur. Sonralar bu sistem “təkərlər üstündə cəhənnəm” adlandırıldı. DANA 7 dəqiqə ərzində 30 mərmi ata bilər, bir saat ərzində isə 90 atış həyata keçirir. Qurğunun döyüş komplekti 60 mərmidir. Sistem atış üçün D30 sovet qaubitsasının mərmilərindən istifadə edir. Lülənin maksimal qalxma bucağı 70 dərəcədir, enmə bucağı 4 dərəcədir. 225 dərəcə sektor boyu atış həyata keçirə bilir. Qəlpəli-fuqas mərmiləri ilə maksimal atış məsafəsi 19 kilometrə yaxındır. Qurğu cəmi 2 dəqiqə ərzində atəş mövqeyi tuta, atəşi başa vurandan sonra bir dəqiqə ərzində mövqeyini tərk edə bilər. Qurğu şose yolda saatda 80 kilometr sürətlə gedir, dolu yanacaq çənləri ilə 800 kilometr məsafə qət edir.

“Barak – 8” zenit-raket kompleksi: atış mənzili 90 kilometr, “Barak-8ER” konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə).

Bunlarla yanaşı, Azərbaycanın perspektivdə F-16, Su-35, JF-17 Thunder və s. təyyarələri almaq potensialı da var.

Bunlar açıq mənbələrdə yer alan hərbi texnikalardır və bir çox silahlar hərbi sirr baxımından ictimaiyyətə açıqlanmır. Lakin təkcə bu hərbi texnika Qarabağda baş verə biləcək müharibədə işğalçı ölkənin hərbi qüvvələrini darmadağın etməyə yetərlidir, uzaq keçmiş olmayan “aprel müharibəsi”ndəki kimi…

Asif Nərimanlı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir