Hacı Əliyev erməni rəqibini DARMADAĞIN ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev “Minsk 2019” II Avropa Oyunlarına qələbə ilə başlayıb.

65 kq çəki dərəcəsində olan idmançımız 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçid alıb.

Hacı Əliyev 1/4 final mərhələsində Belarus təmsilçisi George Kolievlə qarşılaşacaq.


Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovla qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir