Dünyada cəmi 75 ədəd hazırlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycandan 22 yaşlı turist İspaniyanın İbisa adasında milyon funt dəyərində saatı oğurlayıb.

Publika.az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri bildirib.

Soyğunçu bir neçə zərbə vurduqdan sonra “Richard Mille” saatını sahibindən alıb. Cinayət İbisa şəhərinin sahilində gündüz saatlarında – saatın sahibi dostu ilə birlikdə gəzdiyi zaman baş verib.


Zərərçəkmiş dərhal polisə hadisə barəsində şikayət edib.

Qeyd edək ki, “Richard Mille” dünyada ən bahalı saatlardan biridir. Onun çəkisi 40 qramdan da azdır. Saat 75 nüsxədə məhdud tirajla istehsal edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir