Bakıda tanınmış jurnalistin avtomobilinin şüşələri sındırıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Jurnalist İlham Məmmədzadəyə məxsus 99 CM 808 nömrə nişanlı “Mersedes” markalı avtomobilin şüşələri gecə saatlarında sındırılıb.

Publika.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Sumaqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11-də baş verib.

İ.Məmmədzadə artıq polisə məlumat verildiyini qeyd edib. İ.Məmmədzadə bildirib ki, polislər hələ gəlməyib, maşından oğurluq edilib-edilməməsi polislər gələndən sonra məlum olacaq.


Jurnalist bildirib ki, həyətdə 30-dan artıq maşın olduğu halda sadəcə onun maşınının şüşələrinin sındırılması təsadüfə bənzəmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir