AŞPA-da Azərbaycandakı islahatlara həsr olunmuş tədbir keçirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azərbaycanda yeni çağırışlar və keçirilən islahatlar” mövzusunda tədbir keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin dəstəyi ilə baş tutmuş bu tədbirdə AŞPA üzvləri, diplomatik korpus, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, hüquq müdafiəçisi Eldar Zeynalov çıxış ediblər. Natiqlər Azərbaycanda keçirilən islahatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Onlar Azərbaycanda ədliyyə sisteminin müstəqil, effektli, hamı üçün açıq olması üçün görülən tədbirlər, sosial təminatların artırılması, uşaq və qadınların hüquqlarının qorunması sahəsində qanunvericiliyə edilən dəyişikliklər və digər islahatlar haqqında danışıblar. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin vətəndaşların rifahının yaxşılaşdırılması üçün imzaladığı fərman və sərəncamları haqqında ətraflı məlumat verilib.

Azərbaycanın bu günə qədər imza atdığı islahatların bundan sonra da uğurla davam etdiriləcəyi, bunun üçün hökumət və vətəndaş cəmiyyəti orqanlarının birgə fəaliyyət göstərməsi üçün dialoqun davam etdiriləcəyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir