III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

“Report” Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, yarışa yeganə namizəd – Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp