Dubaydan gələn Azərbaycan vətəndaşı saxlanıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə tərtib edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib.


Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları – 13 ədəd qulaqlıq, 4 ədəd səsgücləndirici, 5 ədəd fotoaparat, 5 ədəd oyun diski, 1 ədəd plata, 4 ədəd “driver”, 27 ədəd hard disk, 3 ədəd ştrix kod oxuyucu, 3 ədəd videokart, 13 ədəd RAM, 44 ədəd flaşkart, 2 ədəd proyektor və 15 ədəd ətir, həmçinin düzgün bəyan edilməyən 6 ədəd qol saatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir