Ukrayna telekanalında Naxçıvan haqqında növbəti reportaj yayımlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukraynanın populyar “5 kanal” televiziyası Naxçıvan haqqında hazırladığı ikinci reportajı yayımlayıb.

Publika.az xəbər verir ki, reportajda Naxçıvanın Duzdağ sanatoriyası, “Qarabağlar türbəsi”, muxtar respublikanın tarixi, istehsal etdiyi məhsulları haqqında tamaşaçılara ətraflı məlumat verilib.


Naxçıvan şəhərinin təmizliyinə və səliqəsinə heyran olan aparıcı Nadya Baziv insanların qonaqpərvərliyini xüsusi vurğulayıb.

Verilişin aparıcısı Naxçıvanın istehsal etdiyi milli məhsulların dünyada tanındığını qeyd edib. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Naxçıvanın milli məhsullarının ekoloji cəhətdən təmizliyini, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə bu məhsullara tələbatın böyük olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir