Ona görə azadlığa çıxdı ki…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Murad Köhnəqalanın belə tezliklə azadlığa buraxılacağını gözləmirdim. 10 gün müddətində Muradın ailəsi, dostları tələb olunan vəsaiti ödəməsəydilər, onu buraxmayacaqdılar. İş elə gətirdi ki, məsələyə millət vəkili Qənirə Paşayeva, Avrasiya Mətbuat Fondunun prezidenti, Muradın tələbə yoldaşı Umud Rəhimoğlu qarışdı. Onların köməkliyi ilə Murad azadlığa buraxıldı”.

Bunu Teleqraf.com-a açıqlamasında tanınmış şair Murad Köhnəqalanın həyat yoldaşı Şəlalə Göytürk bildirib.


O bildirib ki, Muradı azadlığa həmin vəsaiti ödəməsi üçün buraxıblar: “Murad özü sabah Bakıda olacaq, bu məsələlər barədə ətraflı məlumat verəcək. Sizə də məsələni diqqətdə saxladığınız üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Tovuz Rayon Məhkəməsinin hakimi Qafil Baxşıyev iyunun 12-də Murad Köhnəqala barəsində 15 sutka müddətində inzibati həbs qərarı çıxarıb. Buna səbəb isə onun keçmiş ailəsinə 12 min manat aliment borcunu ödəməməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir