Dünya şöhrətli aktyor qızlara etdiyi hərəkəti ilə QƏLBLƏRDƏ TAXT QURDU

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xeyriyyəçi kimi tanınan aktyor Kianu Rivz qız pərəstişkarlarına qarşı etdiyi hərəkəti ilə dünya mətbuatının gündəmindədir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə ay əvvəl “Con Uik 3” filmi ilə tamaşaçıların görüşünə gələn aktyor onunla şəkil çəkdirmək istəyən fanatlarına əsla toxunmur. Alicənablığı və xeyriyyəçiliyi ilə sevilən artist bədən təması qurmağı xoşlamır. Rivz onlara toxunaraq narahat etmək istəmir.

Bu fakt 54 yaşlı aktyorun fanatları ilə çəkilən şəkillərdə öz əksini tapıb. Aktyorun bu hərəkəti tanımadığı insanlarla məsafəli olmağı sevməsi ilə izah edilir.


Məlumat üçün bildirək ki, bu yaxınlarda Los-Ancelesdə Xbox üçün aktyorun baş qəhrəman olduğu “Cyberpunk 2077”-in yeni kompüter oyununun nümayişi olub. Bu oyun sosial şəbəkələrdə böyük maraq doğurub.

Qeyd edək ki, 54 yaşlı tənha aktyor təmtəraqlı ulduz həyatı yaşamır, o, adi insanlar kimi ictimai nəqliyyatdan istifadə edir və gəlirinin böyük hissəsini xeyriyyə fondlarına xərcləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp