Azərbaycanda çaylarda suyun səviyyəsi dəyişdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çaylarda suyun səviyyəsi dəyişib.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər evrir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 50-60, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 60-100 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 335 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 56 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 497 kub/s olmaqla, ongünlük normadan az olub.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 131 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 67 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 122 kub/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 149 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 195 kub/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 467 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyunun 3-də isə 405 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 12 sm azalaraq 259 sm qeydə alınıb. 2018-ci il iyunun 3-də isə bu rəqəm 215 sm təşkil edib. Salyanda suyun səviyyəsi 10 sm azalıb və 284 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 141 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 5 sm azalaraq 235 sm olub və bu göstərici 2018-ci il iyunun 3-də 181 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 8 sm azalaraq 232 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il iyunun 3-də isə 60 sm təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp