Məşhur aktyor avtomobil yolunda şok yaşadı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin məşhur aktyoru Halit Ergenç İstanbulda hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, aktyor avtomobili ilə şəhərdə hərəkət edərkən bir yük maşınının yol qaydalarını kobud şəkildə pozduğunu görüb.

Dərhal avtomobili ilə qanun pozuntusu edən maşının qarşısını kəsib və sürücüsünə xəbərdarlıq edib.



Sürücü və onun qardaşı isə bu xəbərdarlıqdan qəzəblənib və Ergençə hücum edib. Aktyor onları polisə şikayət edib. Bu zaman məlum olub ki, bir qida firmasında işləyən qardaşlar haqqında daha əvvəl başqa cinayət işi də açılıb.

Halit Ergenç yaşadıqlarını sosial media hesabında izləyiciləri ilə bölüşüb. O, məsələni sonuna qədər müşahidə edəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir