Çempionlar Liqasının finalında daha bir biabırçılıq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

UEFA Çempionlar Liqasının Madriddə keçirilən final matçıbir neçə təşkilatçılıq çatışmazlıqları ilə yadda qalıb.

Publika.az xəbər verir ki, ən ciddi problemlərdən biri bilet satışı ilə bağlı üzə çıxıb.

BBC-nin xəbərinə görə, final matçına çox sayda saxta bilet satılıb. Azarkeşlərə qarşı dələduzluq faktları qeydə alınıb. Belə ki, “Radio Galler”in aparıcısı Vinn Evans finala onlayn qaydada 2 bilet almaq üçün 7 min funt sterlinq ödəyib. Lakin ona istədiyi biletlərin artıq satıldığını deyiblər.



“Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiyini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına verdilər” -, Evans bildirib.

O, sonra daha çox vəsaitindən keçərək ödəyərək iki bilet əldə edib. Lakin daha əvvəl ödədiyi pulu geri ala bilməyib.

Bundan başqa, şəhərdə saxta bilet satmaq istəyən bir qrup italiyalı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, təşkilatçılıq məsələlərində neqativ halların yaşanması UEFA üçün ən xoşagəlməz məsələlərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir