Türkiyə ən sərt sanksiyalarla üzləşə bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə S-400 zenit-raket kompleksini satın alma prosesini tamamlasa, ABŞ-ın sanksiyaları (CAATSA) altına düşə bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus deyib.


“Biz Türkiyə ilə qarşılıqlı fəaliyyətdə olmaq istəyirik. Lakin bizim mövqeyimiz dəyişməz olaraq qalır: Türkiyə S-400-lə bağlı prosesi tamamlarsa, real və ciddi şəkildə mənfi nəticələrlə üzləşəcək. Buraya F-35 proqramının dayandırıılması, həmçinin sanksiyaların tətbiqi də daxildir”, – deyə ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul edilib. Rusiya, İran, Şimali Koreya və bu ölkələrlə hərbi-texniki əməkdaşlıq edən IV tərəfə qarşı sanksiya tətbiqini nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp