Məşhur futbolçu ilə evlənməyə hazırlaşan Türkiyə gözəli Azərbaycanda

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Arsenal”ın məşhur futbolçusu Məsud Özil ilə evlənməyə hazırlaşan aktrisa Əminə Gülşe nişanlısı ilə birlikdə Bakıya gəlib.

Publika.az xəbər verir ki, 2014-cü ildə Türkiyə gözəli seçilən aktrisa bu gün Bakıda keçirilən UEFA Avropa Liqasında final oyununda sevgilisini dəstəkləmək üçün gəlib. O, instaqram səhifəsində Bakıdan şəkillər paylaşaraq “Çelsi” və “Arsenal” qarşılaşmasında nişanlısına uğurlar diləyib.

M.Özil isə sosial şəbəkədə Əminə ilə fotosunu paylaşaraq ona təşəkkürünü bildirib: “Mənimlə birlikdə Bakıya gəldiyin üçün təşəkkürlər, mənim sevgilim! Sabah həmin gündür ki, bütün mövsümü bunun üçün ağır işləmişik”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp