Ukrayna Kerç boğazı üçün beynəlxalq status almaq istəyir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukrayna Kerç boğazı üçün beynəlxalq statusa nail olmaq niyyətindədir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçının müavinini Yelena Zerkal bildirib.


Diplomatın sözlərinə görə, bu, indiyə qədər mövcud olan bir çox məsələləri həll etməyə imkan verəcək.

Qeyd edək ki, Kerç boğazı 2014-cü ildən – Ukraynada hakimiyyət dəyişikliyi və Krımın ilhaqından bu yana Kiyev və Moskva arasında qarşıdurma yaradan mövzulardan birinə çevrilib. Ötən il noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlar hələ də azad olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp