Türkiyə çempionu aşağı liqaya düşdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə Superliqasında 2018-2019 mövsümünə yekun vurulub.

34-cü turun son oyun günündə 4 qarşılaşma keçirilib.

“Fənərbaxça” doğma azarkeşləri önündə “Antalyaspor”u məğlub edib – 3:1. Bu qələbədən sonra xallarını 46-ya çatdıran İstanbul təmsilçisi çempionatı 6-cı pillədə bitirib.

Superliqada qalmaq uğrunda mübarizə aparan “Göztəpə” və “Bursaspor” da mövsümü qələbə ilə başa vurub. Bu nəticə birinciləri elitada saxlasa da, Bursa təmsilçisi birinci liqaya düşüb.

26 may

“Fənərbaxça” – “Antalyaspor” – 3:1

Qollar: M. Zayts, 13 (1:0), M. Erdinc, 33 (1:1), E. Elmas, 69 (2:1), V. Mozes, 90+1

“Göztəpə” – “Ankaragücü” – 2:1

Qollar: A. Öztürk, 14 (1:0), M. Pazdan, 74 (1:1), D. Kadah, 84 (2:1)

“Kayserispor” – “Ərzurumspor” – 0:2

Qollar: T. Antalyalı, 12 (0:1), G. Sunu, 43 (0:2)

“Yeni Malatyaspor” – “Bursaspor”- 1:2

Qollar: Y. Ərdoğan, 4 (0:1), U. Nayir, 20 (0:2), A. Kamara, 61

Qeyd edək ki, “Qalatasaray”ın çempion olduğu mövsümdə “Başakşəhər” gümüş, “Beşiktaş” isə bürünc medallara sahib çıxıb. Türkiyədə çempion olan 5 komandadan biri olan “Bursaspor”la yanaşı, “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin formasını geyindiyi “Ərzurumspor” və “Akhisar” da Superliqa ilə vidalaşıb (Qol.az).


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir