Avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hava şəraitinin son günlər istiləşməsi sərnişinlər üçün çətinlik yaradıb. Səbəb avtobuslarda kondisioner sisteminin işə salınmamasıdır.

Sərnişinlər sürücülərdən kondisionerləri qoşmağı tələb etsələr də, onların bu istəyi nəticəsiz qalır. Sürücülər şirkət tərəfindən onlara kondisioner sistemini qoşmamaqları ilə bağlı tapşırıq verildiyini bildiriblər.

Daşıyıcı şirkətlərlə əlaqədən sonra məlum oldu ki, bəzi şirkətlər öz avtobuslarında kondisioner sisteminin qoşulması ilə bağlı sürücülərə tapşırıq veriblər.


Bu arada, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, daşıyıcı şirkətlərə avtobuslarda sərinləndirmə sisteminin işə salınması ilə bağlı göstəriş verilib.

“Bakı Bus” avtobuslarında isə artıq bu gündən kondisioner sistemi işə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir