Sabah hava necə olacaq? – PROQNOZ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti, Bakıdagecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Mayın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 5-10° isti olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu