“Eurovision- 2019”: Çingiz Mustafayev finalda

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Eurovision” mahnı müsabiqəsinin final mərhələsinə çıxıb.

Ç.Mustafayev ikinci yarımfinal mərhələsində 18 nömrə altında “Truth” mahnısını ifa edib.Azərbaycanla yanaşı, daha 9 ölkə – Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri müsabiqənin ikinci yarımfinal mərhələsində uğur qazanaraq final mərhələsində çıxış etmək hüququ qazanıblar.

Ermənistan təmsilçisi finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, müsabiqənin final mərhələsi mayın 18-də keçiriləcək.

***

23:50


İsrailin Tel-Əviv şəhərində “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi start götürüb.

Publika.az xəbər verir ki, bu mərhələdə Azərbaycan təmsilçisi Çingiz Mustafayev 18 nömrə altında çıxış edəcək.

Onunla yanaşı bu gün İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Şimali Makedoniya və Ermənistan təmsilçiləri səhnəyə çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir