Connect with us

Xəbərlər

Mətbuat Şurası dövlət qurumlarına çağırış etdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Mətbuat Şurası müvafiq dövlət qurumlarını jurnalist Həbibə Abdulla ilə bağlı məsələni diqqətdə saxlamağa, insidenti dərindən araşdırmağa çağırır.

Publika.az-ın məlumatına görə, bu barədə Mətbuat Şurasının bəyanatında deyilir.

Məlumatda bildirilir: “Söz və ifadə azadlığının təmin oluduğu, informasiya əldə edilməsi sahəsində təkmil qanunverilicik bazasının yarandığı Azərbaycanda bu ali dəyərlərə uyğun məsuliyyət kateqoriyaları və mexanizmləri müəyyənləşib. Mövcud durumda hər kəsin, xüsusən məmurların, tutduğu mövqe və status ictimai əhəmiyyət daşıyan, cəmiyyətin diqqət mərkəzində olan vəzifəli şəxslərin üzərinə düşən konkret öhdəliklər var. Dövlətə, Vətənə sədaqət, dürüstlük və vicdanlılıq meyarları həmin öhdəliklərə yanaşma tərzinə əsasən ölçülür.

Cəmiyyətin informasiya ilə təminatında iki qütb iştirak edir ki, bunlardan biri jurnalistlərdirsə, digəri informasiya daşıyıcıları olan hüquqi və fiziki şəxslərdir. Bu iki qütbün bir-birilə münasibətlərinin düzgün qurulması, qarşılıqlı əməkdaşlığa əsaslanması yalnız etik dəyərlər baxımından prioritet göstərici deyil, eyni zamanda qanunlarımızın tələbidir. Buna görə onların hər ikisinin fəaliyyətlərinə həssas yanaşmaları, daşıdıqları missiyanın məsuliyyətini dərindən dərk etmələri mütləq şərtdir. Təəssüf ki, cəmiyyətimizdə bunu nəzərə almayanlar da var. “Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı Həbibə Abdulla ilə bağlı yaşanmış olay bunu deməyə əsas verir.


H.Abdulla Azərbaycan Mətbuat Şurasına ünvanladığı açıq məktubunda Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev, həmçinin Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev tərəfindən təhqir olunduğunu, hədə-qorxulara məruz qaldığını bildirib. Onun məsələ ilə bağlı izahatlarından gəlinən qənaət bundan ibarətdir ki, jurnalist peşə öhdəliklərinə uyğun işin icrasına məsuliyyətlə yanaşdığı halda, nalayiq münasibətlə üzləşib.

Mətbuat Şurası jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetirmələri zamanı hər hansı xoşagəlməz rəftarla, qanunsuzluqla üzləşmələri faktlarını qətiyyətlə pisləyir. Şuranın H.Abdulla ilə bağlı duruma yanaşması da eyni mövqedən qaynaqlanır. Heç bir halda cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, hansısa media orqanının əməkdaşı peşə vəzifəsini icra edərkən təhqirə və hədə-qorxuya məruz qala bilər. Buna dair şübhənin olması belə demokratik cəmiyyət quruculuğu prinsiplərinə zidd təmayüldür. Tutduğu statusdan asılı olmayaraq, hər bir vəzifə sahibinin məsələni məhz bu kontekstdə dəyərləndirməsi mütləqdir.

Azərbaycan Mətbuat Şurası müvafiq dövlət qurumlarını jurnalist Həbibə Abdulla ilə bağlı məsələni diqqətdə saxlamağa, insidenti dərindən araşdırmağa çağırır. Şura əmindir ki, günahkarların qanunlarımız çərçivəsində məsuliyyət daşımalarının təmin olunmasına həssas yanaşılacaq, bu istiqamətdə zəruri ölçü götürüləcəkdir”

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Gürcüstanda 11 futbolçu həbs edildi

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya qarşı Mübarizə Agentliyi danışılmış matçlarda iştirakda şübhəli bilinən səkkiz futbolçunu və üç keçmiş oyunçunu saxlayıb.

Publika.az “Report”a istinadən xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında bildirilir.

Qeyd edilir ki, saxlanılan keçmiş futbolçular Vaxtanq C, Laşa Ç. və Nika D-dır. Həmçinin İrakli X, Robert İ, İraki B, Coni Ş, Georgi Q, Nikoloz M, Paata Qx, və Nodar K. saxlanılıb. Onlar “Quriya Lançhuti”, “Çiatur”, “Vit Corci” komandalarının oyunçularıdır.


İstintaqın məlumatına görə, futbolçular mütəşəkkil cinayətkar qrupdan pul vəsaitlərinin alınması müqabilində matçları qəsdən uduzublar. Oyunçular 93,5 min lari (34 min dollardan çox) alıblar.

Bu əməllərinə görə onları 4 ildən 6 ilə qədər həbs cəzası gözləyir.

Continue Reading

Xəbərlər

ehtimal 4,7 milyardda bir idi

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Krakov klinikalarının birinin professoru Riçard Lauterbah şəhər sakininin altı əkiz dünyaya gətirdiyini bildirib.

RMF radiostansiyası xəbər verir ki, həkimlərin sözlərinə görə, qadının bir dəfəyə dörd qızı və iki oğlu olub. Uşaqlarının hər birinin çəkisi təxminən bir kiloqramdır. Doğuş hamiləliyin 29-cu həftəsində qeysər kəsiyi vasitəsilə həyata keçirilib.

Hazırda ananın vəziyyəti qənaətbəxşdir. Bəzi körpələrə respirator dəstəyi lazım olsa da, uşaqların hamısı sağlam doğulub.


Polşa Prezidenti Anjey Duda hadisə ilə əlaqədar valideynləri və tibb işçilərini təbrik edib və bunun ölkə tarixində ilk dəfə müşahidə olunduğunu bildirib.

Qeyd edək ki, mart ayında ABŞ-ın Texas ştatının sakini doqquz dəqiqə ərzində üç cüt uşaq dünyaya gətirmişdi. Klinikadan verilən məlumata əsasən, altı əkiz uşağın doğulma şansı 4,7 milyardda birdir (Azərtac).

Continue Reading

Xəbərlər

Bu meyvələri almayın! – Ekspertdən XƏBƏRDARLIQ

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Təəssüf ki, Azərbaycanda becərilən meyvə və tərəvəzlərin analoqları xaricdən gətirilir.

Bu sözləri Axar.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla bəzi mövsüm meyvələrindən zəhərlənmə halları barədə danışarkən deyib. O, meyvələri alarkən ölçüsünə və dadına nəzarət etməyin vacibliyini bildirib:

“Hazırda bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmaması üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir.

Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur.

Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan, az qala, 10 dəfə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil.

Əhliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Təəssüf ki, ölkəmizə öz standart ölçüsündən xeyli böyük meyvə və tərəvəzlər xaricdən gətirilir və çox vaxt dadsız olur. Bu sadaladıqlarım meyvə və tərəvəzlərin keyfiyyət parametrlərinin aşağı olmasından xəbər verir”.


Ekspertin sözlərinə görə, ölkədə yetişən meyvə-tərəvəzlərin xaricdən alınması ərzaq təhlükəsizliyi konsepsiyasına ziddir:

“Ümumiyyətlə, Azərbaycana vaxtından əvvəl süni şəraitdə yetişdirilmiş, gübrəli, genetik modifikasiya olunmuş ərzaq və qida məhsullarının, meyvə-tərəvəzlərin gətirilməsini məqsədəuyğun hesab etmirəm. Ərzaq məhsullarının ölkəyə idxalı o halda məqsədəuyğun hesab edilir ki, həmin ərzaq məhsullarının ölkədə istehsalı mümkünsüzdür. Yəni həmin meyvə burada yetişmir və ya bölgə üçün ənənəvi deyil.

Tərəvəzlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qidaların çoxu yerli məhsullardır. Buna görə də tərəvəzlərlə bağlı elə də çox problem olmur”.

A.Qeybulla yay aylarında bəzi ət və ət məhsullarının qəbulunun da insan səhhəti üçün riskli olduğunu söyləyib:

“Meyvələr kimi balıq məhsullarının, eləcə də hinduşka ətinin mövsümü var. Adətən, fevralın sonu, martın əvvəllərindən başlayaraq hinduşka ətindən istifadə olunmur. Balıq və hinduşka ətini ancaq soyuq aylarda qəbul etmək olar. Tarix boyu formalaşan qida mədəniyyəti, adət-ənənələrimiz var. Bunlara riayət etsək, heç bir problem yaranmaz”.

Continue Reading

ən çox oxunanlar