Anti-İran sanksiyaları Azərbaycana necə təsir göstərəcək?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın İrana qarşı sanksiyalarının dünya neft bazarına necə təsir göstərəcəyini demək çətindir.

Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Milli Neft Komitəsinin iclası çərçivəsində jurnalistlərə deyib.

O bildirib: “Təsirin hansı şəkildə olacağını demək çətindir. Fikrimcə, radikal təsir olmamalıdır”.


Nazir qeyd edib ki, Azərbaycan OPEC+ sazişi çərçivəsində OPEC katibliyi ilə, eləcə də sazişin iştirakçı ölkələri ilə daim müzakirələr aparır.

P.Şahbazov əlavə edib ki, iyuna qədər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin neft hasilatı ilə hər hansı birtərəfli qərar qəbul etməsi gözlənilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp